“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Rapid”in (Vyana) hücumçusu Qvido Burqstaller ötən gecə “Austriya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri və komandasının yeganə qoluna imza atdığı 3-cü tur matçından sonra “Neftçi” ilə görüşə də toxunub:

“Karyeramda bəzən çətinliklərlə üzləşirəm. Ancaq biz indi də bunun öhdəsindən gələcəyik. Bu matçdakı kimi qol şansları yaratsaq, “Neftçi” ilə cavab oyununda daha yaxşı işlər görəcəyik”. 

“Neftçi” Bakıdakı ilk qarşılaşmasında “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Həmin oyunda da Vyana təmsilçisinin qolunu məhz Burqstaller vurmuşdu. Bu komandalar arasındakı cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.