"Neftçi"nin Bakıxanovdakı bazası tam təhvil veriləndən sonra klubun bütün yaş qruplarından ibarət komandaları da buraya daşınacaq.

Rekord.az xəbər verir ki, bundan sonra klubun akademiyasında müəyyən islahatların aparılması da nəzərdə tutulub.

Hətta aldığımız məlumata görə, rəhbərlik akademiyaya rəhbərliyi əcnəbi mütəxəssisə tapşırmaq istəyir və bununla bağlı bir neçə variant da gözdən keçirilir.