"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, "ağ-qaralar" Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edəcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 18:30-da start götürəcək.


"Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92. I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.