“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Rekord.az xəbər verir ki, “Sumqayıt” üzərində qələbədən sonra bir günlük istirahətə buraxılan flaqman senytabrın 5-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq baş tutub. Məşqdə zədəlilər – Azər Salahlı, Sezar Meza Kolli və Vato Arveladzedən başqa bütün futbolçular iştirak ediblər.

Sentyabrın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 18:00-da start veriləcək.