
Nəbiyevsiz “Viktoriya” səfərdə uduzdu
- 06 Mar 2022 13:30
- 517
Futbol üzrə Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Pribram”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Viktoriya” 17 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.