
Nazirlik hələ də AFFA-ya cavab verməyib
- 09 Mar 2022 14:00
- 714
Xəbər verdiyimiz kimi, AFFA Gəncə stadionunu söküb mərhələlik şəkildə yenidən tikməyi planlaşdırır. Lakin bunun üçünGənclər və İdman Nazirliyinin icazəsi lazımdır, çünki sözügedən stadion sözügedən nazirliyin balansıdır.
Rekord.az xəbər verir ki, federasiya xeyli müddətdir ki, bununla bağlı nazirliyə rəsmi müraciət edib.
Lakin əldə etdiyimiz məlumata görə, bu günə qədər nazirlikdən AFFA-ya cavab verilməyib. Məhz bu səbəbdən Gəncə stadionunda hələ də işlərə başlanılmayıb.