Futbol üzrə Almaniya 3-cü liqasında 2-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Osnabryuk”la qarşılaşıb. İki qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib - 1:1.

Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Ersgebirge” 2 turdan sonra 2 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.