
Nazarovdan yeni mövsümdə ilk qol
- 31 Okt 2021 11:42
- 613
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “Hannover”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Auelilərin yeganə qolunu da 45+1-ci dəqiqədə Nazarov vurub. Bu, onun cari mövsümdəki ilk qoludur.
12 oyuna cəmi 8 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.