Amerika Birləşmiş Ştatlarında (ABŞ) "Legasy Judo Tournament" adlı turnir keçirilib. Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda Amerikada yaşayan həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib.

Rekord.az xəbər verir ki, o, 10-12 yaşlı oğlanlar arasında 38 kq-dan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib.

İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hajoon Lee, ardınca isə ABŞ-dən olan rəqibi Asher Hiat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.