Naxçıvanda "Heydər Əliyev İli" ilə əlaqədar olaraq uşaq və yeniyetmələr (2009-2011, 2012-2013-cü il təvəllüdlülər) arasında cüdo üzrə Şərur rayon açıq birinciliyi keçirilib.

Rekord.az-a yerli gənclər və idman baş idarəsindən verilən məlumata görə, gənclər və idman idarəsinin idman zalında keçirilən birincilikdə 50-dən çox idmançı tatami üzərinə çıxıb.

Beynəlxalq Cüdo Federasiyasının yeni qaydaları çərçivəsində təşkil olunan birincilikdə 11 çəki dərəcəsi üzrə görüşlər keçirilib. İlk üç yerin sahibləri diplomla təltif edilib.

Qaliblər:

2009-2011-ci il təvəllüdlülər

Ümid Vəliyev - 34 kq

Elvin Cəfərov - 38 kq

Uğur Sadiqov - 42 kq

Hüseyn Mustafazadə - 46 kq

Fərda Cəlilzadə - 50 kq

Məhəmməd Mədətli - 55 kq

 

2012-2013-cü il təvəllüdlülər

Mirməhəmməd Seyidov - 23 kq

Hüseyn Quliyev - 27 kq

Yusif Əhmədli - 30 kq

Rauf Hacızadə - 34 kq

İsmayıl Şükürlü - 42 kq