"Naxçıvan" "Sumqayıt"la üz-üzə
- 09 Yan 2026 13:30
- 55
Azərbaycan Basketbol Liqasının 12-ci turunda bu gün daha bir qarşılaşma baş tutacaq.
Rekord.az xəbər verir ki, B qrupunda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.
Matç saat 20:00-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Turun ötən gün keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" isə "Sərhədçi"ni (72:69) üstələyib.
12-ci tura yanvarın 11-də yekun vurulacaq.