Naxçıvan stadionu süni örtüklü olacaq! RƏSMİ
- 12 Sen 2025 13:26
- 363
Naxçıvan şəhər mərkəzi stadionunun ot örtüyü süni olacaq. "Rekord.az" xəbər verir ki, bu barədə Gənclər və İdman nazirliyindən məlumat verilib.
Arenada əsaslı təmir və yenidənqurma işləri 2026-cı ildə başlanacaq. Sentyabrın 8-də bu barədə müqavilə imzalanıb. İşləri "Global Engineering" şirkəti görəcək.