Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.


B qrupunda "Naxçıvan" səfərdə "Lənkəran"la üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 106:75.


"Naxçıvan" 23 xalla ikinci, meydan sahibləri 16 xalla beşinci pillədə qərarlaşıb.


Tura yanvarın 18-də yekun vurulacaq.