“Naxçıvan” amerikalı basketbolçu ilə yolları ayırdı
- 15:40
- 25
"Naxçıvan" klubu amerikalı basketbolçu Kris Klarkla yolları ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verilib.
Naxçıvan klubu ötən ayın 1-də basketbolçu ilə müqavilə imzalandığını açıqlamışdı.