PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Avropa klublarının maliyyə vəziyyətindən danışıb.

Rekord.az "RMC Sport"a istinadən xəbər verir ki, o deyib:

“Bəzi klubların 1,8 milyard avro borcu var. Bu, qeyri-sağlam vəziyyətdir. Tanrıya şükürlər olsun, borcumuz yoxdur. Bu, bizim fəaliyyətimizin nəticəsidir. Təbii ki, biz koronavirus pandemiyası zamanı pul itirdik, amma gizlədəcək heç nəyimiz yoxdur. Digər klubların böyük borcları var. Bu isə futbol üçün riskdir, təhlükədir. Bəzi prezidentlər uzun illər vəzifədə olduıar və özlərindən sonra gələnlərə borc qoyub getdilər. Bu, uzun illərdir ki, baş verir. Məncə, belə hallar futbol üçün təhlükəlidir. Biz diqqətli olmalıyıq".