"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu almaq istədikləri barədə yayılan məlumatlara münasibət bildirib. 

Rekord.az xəbər verir ki, 34 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bu məlumatların düzgün olmadığını deyib: 

"Mən həmin xəbərləri oxumuşam. Bu, doğru deyil".

Qeyd edək ki, Ronaldo qısa müddət ərzində "qırmızı şeytanlar"dan ayrılmaq istəyir. 37 yaşlı hücumçu ötən ilin yayında "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalamışdı.