İtaliyanın “Napoli” klubu baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Genk”i məğlub etdikləri (4:0) matçdan sonra vəzifəsindən göndərilib.

“Napoli”nin “sükan”ının Cennaro Qattuzoya tapşırılacağı gözlənilir.

2018-ci ilin mayından “Napoli”ni çalışdıran Ançelottinin klubla 2021-ci ilin yayına qədər müqaviləsi vardı.