"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın qapıçısı Alban Lafon Fransa millisinə çağırılıb.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, zədə səbəbindən yığmanın düşərgəsini tərk edən "Tottenhem"in qapıçısı Huqo Llorisin yerinə yığmaya dəvət olunub. 23 yaşlı qolkiper ilk dəfə əsas milliyə çağırılıb.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Avstriya, 25-də isə Danimarka ilə qarşılaşacaq .