"Keşlə"nin qapıçısı Sanislav Namaşkoya vətəni Moldovadan təklif gəlib.

Rekord.az-a daxil olan məlumata görə bu ölkənin elita klublarından biri onu öz heyətində görmək istəyir.

Lakin "Keşlə"də hər şeyin qaydasında olduğunu bildirən Namaşko bu təklifdən imtina edib.