Son günlər mətbuatda gəzən xəbərlərdən biri də Yulian Nagelsmannın "Çelsi"yə baş məşqçi gedəcəyi ilə bağlı idi.

Lakin Rekord.az xəbər verir ki, bu keçid baş tutmayacaq.

İtaliyalı jurnalist Fabrisio Romanonun twitter hesabında yazdığına görə, alman məşqçi London klubunun müqavilə təklifini geri çevirib.