Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Lvov”un qonağı olub. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.

“Aleksandriya” hazırda 37 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.