Futbol üzrə Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə Xarkov “Metallist”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Emil bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 3 turdan sonra 6 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.