
Musayevə lazım deyil, "Qəbələ"də qalacaq
- 22 Mar 2022 13:00
- 914
Xəbər verdiyimiz kimi, "Qəbələ" Nicat Mehbalıyevlə bağlı "Sabah"la danışıq aparmağı planlaşdırırdı. Qapıçının növbəti mövsümdə də əyalət təmsilçisində qalması üçün.
Rekord.az-a daxil olan məlumata görə, tərəflər arasında demək olar ki, ilkin razılıq əldə olunub və böyük ehtimalla müqavilə ilə "Sabah"a məxsus olan Nicat daha 1 mövsüm icarə əsasında "Qəbələ"də çıxış edəcək.
Belə ki, Mehbalıyev "Sabah"ın baş məşqçisi Murad Musayevin gələcək planlarına daxil deyil.