Mövsümün sonunda "Sumqayıt" Samir Abasovun planlarına daxil olmayan daha bir futbolçunu göndərəcək.

Rekord.az xəbər verir ki, söhbət Elşən Abdullayevdən gedir.

Bir vaxtlar ölkənin ən istedadlı, perspektivli futbolçularından hesab olunan Abdullayev hazırda "Sumqayıt"da demək olar ki, oynamaq şansı qazanmır və mövsümün sonunda onunla yollar ayrılacaq.