
Mövsümün sonunda “Keşlə”dən gedir
- 07 Mar 2022 14:00
- 838
“Keşlə”nin Moldovalı qapıçısı Stanislav Namaşko böyük ehtimalla mövsümün sonunda “Keşlə”dən gedəcək.
Kluba yaxın mənbədən Rekord.az-a ötürülən məlumata görə, bunun iki səbəbi var.
Birinci səbəb bölgədə oynamaq istəməməsidir. İkinci səbəb isə 36 yaşlı qapıçının karyerasını bitirməyə hazırlaşmasıdır. Daha 1 il də vətəni Moldovada oynayıb karyerasını bitirmək və məşqçiliyə başlamaq niyyətindədir.