2020/21 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Namizədlər sırasında Pep Qvardiola ("Mançester Siti"), Roberto Mançini (İtaliya millisi) və Tomas Tuhel ("Çelsi") var.

Qvardiola 2020/21 mövsümündə "şəhərlilər"i ilk dəfə Çempionlar Liqasının final mərhələsinə çıxarmağı bacarıb. Tuhelin "Çelsi"si məhz bu turnirin qalibi olub. Mançini isə İtaliya millisini Avro-2020-nin çempionu edib.

Qeyd edək ki, 2020/21 mövsümünün ən yaxşı baş məşqçisinin adı avqustun 26-sı İstanbulda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.