
Mourinyo: "Həbsdən çıxdım"
- 10 Mar 2022 13:30
- 493
"Roma"nın baş məşqçisi Joze Mourinyo 2 oyunluq cəzasının başa çatmasın şərh edib.
Rekord.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb: "Həbsdən çıxdım. Konfrans Liqasının oyununa getməyə hazırıq" .
Qeyd edək ki, Mourinyo A Seriyasının 26-cı turunun “Roma” – “Verona” matçında (2:2) baş hakimini təhqir etdiyinə görə 2 oyunluq cəzalandırılmışdı. Bu səbəbdən o, ölkə çempionatında "Spezia" və "Atalanta" görüşləri buraxmışdı.
Qeyd edək ki, Konfrans Liqasının 1/8 final mərhələsinin “Vitesse” – “Roma” oyunu martın 10-da keçiriləcək.