Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan “Roma”nın baş məşqçisi Joze Mourinyo iki rekorda ima atıb.

Rekord.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçidir. 

Bundan əvvəl onun çalışdırdığı komandalar Çempionlar Liqası və Avropa Liqasının da finalında oynayıb. 

Bundan başqa, Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, "Porto" və "İnter"lə Çempionlar Liqasının, "Mançester Yunayted"lə isə Avropa Liqasının finalında iştirak edib.

Xatırladaq ki, "Roma" yarımfinalda "Lester Siti"ni mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib.