I Liqanın iddialı komandalarından olan MOİK bu həftədən etibarən Sumqayıtda təlim-məşq toplanışına başlayır.

Rekord.az-a daxil olan məlumata görə "hərbçilər" ikinci dövrədən etibarən ev oyunlarını da "Sumqayıt"da keçirə bilər.

Bunun isə iki səbəbi var. Birincisi, Mehdi Hüseynzadə adına stadion istifadəyə verildikdən sonra "Sumqayıt" ora köçüb. Bu isə "Kapital Bank Arena"nın boşalması anlamına gəlir. İkincisi, MOİK-in ev oyunlarını keçirdiyi Binə stadionunun süni örtüyünün bərbad vəziyyətdə olmasıdır. Amma bununla bağlı hələlik qəti qərar verilməyib.