Misli Premyer Liqasının dünya reytinqindəki yeni mövqeyi bilindi
- 18:20
- 32
Misli Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub.
Rekord.az xəbər verir ki, 50 çempionatdan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Misli Premyer Liqası 1991,5 xalla 41-ci sıradadır.
İngiltərə Premyer Liqası (8087) birinci, Braziliya (7735,5) və İtaliya (7510) A Seriyaları 2-3-cü yerlərdə qərarlaşıblar. Türkiyə Superliqası (4029,25) 12-ci pillədədir.