Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb. 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb. O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub. Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun bu hərəkəti klub rəhbərliyinin də qəzəbinə səbəb olub.

Məhz bu səbəbdən də pul cəzası olan 320 manat futbolçunun maaşından tutulacaq.