Xatirinizdədirsə, bir müddət bundan öncə Mingəçevirə səfər edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov sözügedən şəhərdə yeni komandanın yaranması variantının mümkünlüyündən danışmışdı. Həmin komanda I Divizionda mübarizə aparacağı halda AFFA-dan maliyyələşməli idi və komandanın müşahidə şurasına da sabiq hakim Rövşən Əhmədov təyin olunmalı idi.

Lakin Rekord.az-ın əldə etdiyi son məlumata görə, bu məsələ sanki ikinci plana keçib.

Çünki hazırda Mingəçevirdə yeni komanda və I Divizonla bağlı yeni heç bir məlumat yoxdur. Heç AFFA-dan əlaqə saxlayan da olmayıb. Yeni komanda bir yana, hazırda “Region Liqası”nda çıxış edən “Energetik” də federasiyadan heç bir dəstək almır.