
Mingəçevir stadionunun tutumu artırılacaq
- 06 Avq 2025 12:45
- 970
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ərazisində yerləşən ehtiyat meydançanın tamaşaçı tutumu artırılacaq.
Rekord.az xəbər verir ki, hazırda süni örtüklü meydançanın mərkəzinə yaxın hissədə 500 nəfərlik metal rekanstruksiyalı tribuna yerləşir.
Yeni mövsümün startına kimi isə daha iki tribuna quraşdırmaqla tutumun 1500 nəfərə çatdırılması planlaşdırılır.