
"Mingəçevir" hazırlıqlara başladı VİDEO
- 13 İyl 2022 10:15
- 513
Yeni mövsümdən birinci divzionda oynayacaq "Mingəçevir" hazırlıqlarına start verib.
Rekord.az xəbər verir ki, kollektiv iyulun 11-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda bir araya gəlib.
Baxışda olan futbolçularla ikitərəfli oyun keçirilib.
Ümumilikdə baxışda 20 futbolçu iştirak edib. Avqustun 2-nə qədər seleksiya toplanışı davam edəcək.
"Mingəçevir"in bir neçə yoxlama görüşü keçirəcəyi də planlaşdırılır.