
Mingəçevir futbolunun tanınan siması Almaniyada alver edir
- 08 Mar 2022 14:00
- 659
Azərbaycan futbolunun hazırkı acınacaqlı durumu əksər futbol veteranlarını sevimli peşəsindən uzaq salıb. Əksəriyyət, tamamilə özünə yad sahədə çalışaraq, ailəsini dolandırır.
Rekord.az xəbər verir ki, ölkəni tərk edib xaricə üz tutan futbol adamları da az deyil.
Belə şəxslərdən biri də Mingəçevir futbolunun tanınan simalarından olan Arif Məmmədovdur. 90-cı illərdə "Kür Nur"un aparıcı futbolçularından olan Məmmədov bir müddətdir ki, Almaniyada yaşayır və orada ticarətlə məşğuldur.