Braziliya millisinin və "Bayern"in sabiq futbolçusu Rafinya Ferreyra karyerasını başa vurub.


Rekord.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında məlumat yayıb.


Ferreyra 39 yaşında futbolla vidalaşdığını açıqlayıb.


Müdafiəçinin son klubu bu ilin martında ayrıldığı "Kuritiba" olub. Son mövsümdə o, 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib.


Rafinya əvvəllər "Bayern", "Şalke", "San Paulo", "Flamenqo", "Qremio", "Cenoa" və "Olimpiakos"da çıxış edib. O, 779 rəsmi oyuna çıxıb, 23 qol vurub və 77 məhsuldar ötürmə verib.


Rafinya Braziliya millisində də dörd oyun keçirib.