Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində Azərbaycan millisi növbəti oyununu martın 3-də, Bakı İdman Sarayında Yunanıstan yığmasına qarşı keçirəcək.

Rekord.az xəbər verir ki, saat 20:00-da start götürəcək və Portuqaliyadan olan hakimlərin idarə edəcəyi görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.