Millinin bugünkü oyununa maraq yoxdur: cəmi nə qədər bilet satılıb?
- 10 İyn 2022 14:00
- 596
Azərbaycan yığmasının bu gün Millətlər Liqasının üçüncü turu çərçivəsində Slovakiyaya qarşı keçirəcəyi ev matçına maraq çox azdır.
Rekord.az xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək oyuna cəmi 2000 bilet satılıb ki, bu da stadionun tutumunun heç yarısı da deyil.
Belə ki, "Dalğa Arena" 6700 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Azərbaycan - Slovakiya qarşılaşması sabah, saat 20:00-da start götürəcək.