Qana milli komandasının baş məşqçisi Kris Hyüton istefaya göndərilib.

Rekord.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyası məlumat yayıb.

Qurumun belə qərar verməsinə səbəb yığmanın Afrika Millətlər Kubokunun qrup mərhələsindəki matçlarının heç birində qalib gəlməməsi olub. Qana millisi artıq pley-offa çıxmaq şansını itirib. 

Qana B qrupunda cəmi 2 xal toplamağı bacarıb.

Kris Hyüton ötən ildən bu komandanın baş məşqçisi idi.