
Millimizin Yunanıstan və Polşa ilə oyunlar üçün heyəti açıqlandı
- 24 Fev 2023 10:45
- 374
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsi çərçivəsində keçirəcəyi iki oyun üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Alesio Da Silva martın 3-də Bakıda Yunanıstan, 7-də isə səfərdə Polşa ilə keçiriləcək görüşdə 16 futzalçının xidmətindən yararlanacaq.
Komanda fevralın 27-də təlim-məşq toplanışına başlayacaq.
Millinin heyətinə cəlb olunan futzalçılar bunlardır: Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Amadeu, Felipinyo, Cavad Məmmədov, Emin Kürdov, Xəzər Ağalızadə (hamısı “Araz Naxçıvan”), Amir Şocaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Fineo De Arauxo, Tyaqo Teles Martins (hər ikisi “Sportinq Paris”, Fransa), Rövşən Hüseynli (“Atırau, Qazaxıstan), Eduardo Borges (“Sportinq Anderlext”, Belçika), Rafael Vilela (“Tümen”, Rusiya), Everton Kardozo (“Bintanq Timur”, İndoneziya).