Niderland Erediviziyasında 20-ci tura start verilib. 


Rekord.az xəbər verir ki, turun açılış matçında Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Ayaks"a 0:2 hesabı ilə məğlub olub.


Kökçü start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.


Bu qələbədən sonra xallarını artıran "Ayaks" turnir cədvəlində 2-ci pillədəki yerini möhkəmlədib. "Volendam" isə 17 xalla turnir cədvəlində təhlükəli zonada, 15-ci pillədə qərarlaşıb.