photo

Millimizin üzvü həbs oluna bilər

  • 2019-12-05 13:41
  • 123

Futbol üzrə Azərbaycan milli komandasının və İspaniyanın "Albasate" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. 

Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də,  onlar buna məhəl qoymayıb, hətta digər şəxslərə də yayıblar. Videonu yayanlardan biri də məhz İsrafilov olub.

Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib.

Qeyd edək ki, prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

Son xəbərlər