
Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşdi
- 19:40
- 33
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Matç saat 20:00-da başlayacaq.