Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, Yunanıstan doğma meydanda Moldova yığması ilə qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. 

Nəticədə Yunanıstan yığması ilk xalını qazanıb. Millimizin qrup liderliyini təmin etdiyi 3-cü qrupda ikinci pillənin sahibi aprelin 13-də keçiriləcək Moldova - Slovakiya görüşündə müəyyənləşəcək. Bu komandalar arasında Bratislavada baş tutmuş oyunda 4:4 hesabı qeydə alınmışdı.