Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Rusiya yığması səfərdə İran millisi ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

Ukrayna millisi İngiltərənin “Brentford” klubunun ikinci komandası ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Estoniya yığması Macarıstana üzülüb.

Dünya çempionu Argentina millisi isə Panama yığmasıyla qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Yoxlama oyunları
23 mart

Honduras – El Salvador 1:0
Solomon adaları – Vanuatu 2:0
Yeni Zelandiya – Çin 0:0
Honq Konq – Sinqapur 1:1
Malayziya – Türkmənistan 1:0
Brentford 2 – Ukrayna 0:2
İran – Rusiya 1:1
Macarıstan – Estoniya 1:0
Argentina – Panama 2:0