
Millimizin oyunlarının başlama saatı açıqlandı
- 21 Fev 2024 17:00
- 350
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, 26-da isə Ukrayna yığmasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
“Azərsun Arena”da təşkil olunacaq hər iki oyun saat 16:00-da başlayacaq.