
Millimizin müdafiəçisi Rusiyada turun rəmzi yığmasına düşdü
- 21 İyl 2025 18:20
- 48
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Alina Dorofeyeva Rusiya çempionatında turun rəmzi yığmasına düşüb.
Rekord.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Rubin”in formasını geyinən müdafiəçi 15-ci turun ən yaxşıları arasında yer alıb.
Dorofeyevanın komandası 15-ci turda “Zvezda-2005” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Milli üzvü komandasının vurduğu ilk qolda (21-ci dəqiqə) məhsuldar ötürmə müəllifi olub.
Start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib.
“Rubin” 16-cı turda “Yenisey” komandası ilə qarşılaşacaq.