
Millimizin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri açıqlandı
- 13:15
- 53
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.
Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Hər iki matç saat 21:00-da start götürəcək.