Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olacaq.


Rekord.az xəbər verir ki, püşkatma mərasimi bu gün, saat 20:00-da Slovakiyanın paytaxtı Bratislavada start götürəcək.


Azərbaycan komandası püşkatma zamanı birinci səbətdə yer alacaq.


I səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan


II səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan


III səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya


IV səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya


Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.