Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət basketbol millimiz, İsveçrə ilə oyun öncəsi hazırlıq oyununda öz gücünü sınaqdan keçirib.

Rekord.az xəbər verir ki, yığma komandamız Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə keçirdiyi yoxlama oyununda 72:57 hesablı rahat qələbə qazanıb.

Millimizin heyətində ən məhsuldar basketbolçu, 14 xal və 4 ribaund toplamış kapitan Amil Həmzəyev seçilib.

Təlim-məşq toplanışı fevralın 21-nə qədər davam edəcək.